`Amansız mübarizə aparacağıq` - Davudoğlu

`Amansız mübarizə aparacağıq` - Davudoğlu
  15 Mart 2016    Oxunub:2790
Ötən gün Ankarada baş verən terror aktı ilə əlaqədar 11 nəfər saxlanılıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu açıqlama verib.

Davudoğlu terror hadisəsi ilə bağlı araşdırmaların davam etdirildiyini bildirib.

`Terrorun hədəfi millətimizdir. Bu hadisəni törədənlər insan ola bilməz. İnsanlara qarşı terror hücumu planlaşdıran qruplar arzularına çatmayacaqlar. Bu faciənin arxasında kimlərin durduğu ifşa ediləcək. Bundan sonra da terrora qarşı amansız mübarizə aparacağıq`,-deyə baş nazir vurğulayıb.

Qeyd edək ki, dünən Ankaranın "Kızılay" meydanında törədilən terror hadisəsi zamanı 37 nəfər həlak olub, 125 nəfər yaralanıb.

AzVision.az


Teqlər:



Xəbər lenti