Rusiya qoşunları Suriyadan çıxır – Proses başladı

Rusiya qoşunları Suriyadan çıxır – Proses başladı
  15 Mart 2016    Oxunub:4499
Suriyada Xmeymim bazasının texniki personalı təyyarələrin Rusiya ərazisindəki bazalara qayıtması üçün hazırlıq işlərinə başlayıb.
Bu barədə AzVision.az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Aviabazanın texniki personalı təyyarələrin uzaq məsafələri qət edərək Rusiya ərazisində olan bazalara dislokasiya olması üçün təyyarələrin hazırlanmasına başlayıb. Şəxsi heyət avadanlıqlar, texniki vasitələr və əmlakın hərbi-nəqliyyat aviasiyasına yüklənməsi prosesini həyata keçirir”, - deyə nazirliyin yaydığı məlumatda bildirilib

Beş min kilometrdən uzaq məsafəli uçuşlar zamanı Rusiya təyyarələri yanacaqdoldurma və texniki vəziyyəti yoxlamaq məqsədilə enişlər edəcək. Rusiya qırıcılarını hərbi-nəqliyyat aviasiyası müşayiət edəcək.

Qeyd edək ki, Vladimir Putin Rusiya ordu birləşmələrinin əsas hissəsinin martın 15-dən etibarən Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti