Moskvada kütləvi dava - 28 nəfər tutulub

Moskvada kütləvi dava - 28 nəfər tutulub
  15 Mart 2016    Oxunub:2795
Rusiyanın paytaxtı Moskvada təxminən 50 nəfərin iştirakı ilə kütləvi dava baş verib.
AzVision.az xəbər verir ki, bu barədə `İnterfax`a Rusiya DİN-indən məlumat verilib.

Mərkəzi Asiyadan olan şəxslərin davası Qafqaz bulvarı, ev 52 ünvanında baş verib.

“Şəxslər arasında məişət zəminində münaqişənin baş verməsi müəyyənləşdirilib”, - deyə hüquq-mühafizə orqanının əməkdaşı bildirib.

Dava zamanı iki nəfər müxtəlif dərəcəli sınıq xəsarəti alıb.

Hadisə yerinə gələn polis əməkdaşları 28 nəfəri saxlayıb. Dava iştirakçıları DİN-in bölmələrinə aparılıb. Hazırda polis hadisənin baş vermə səbəbini araşdırır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti