Nazarbayev Azərbaycana gəlir

Nazarbayev Azərbaycana gəlir
  15 Mart 2016    Oxunub:2906
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər etməyi planlaşdırır.
AzVision.az Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Nazarbayev səfirlərin etimadnaməsini qəbul edərkən deyib.

Etimadnaməsini Nazarbayevə təqdim edən səfirlər arasında azərbaycanlı diplomat Rəşad Məmmədov da olub.

"Azərbaycan Qafqaz regionunda bizim strateji tərəfdaşımızdır. Biz energetika, logistika, kənd təsərrüfatı sahəsində aktiv əməkdaşlıq edirik. Azərbaycan prezidenti İlham Əliyevdən rəsmi dəvət almışam və bu dəvəti böyük məmnuniyyətlə qəbul etmişəm", - deyə Nazarbayev vurğulayıb.

Qazaxıstan prezidenti səfərin dəqiq tarixini açıqlamayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti