ABŞ-dan xəbərdarlıq: Türkiyədə dəhşətli terror gözlənilir

ABŞ-dan xəbərdarlıq: Türkiyədə dəhşətli terror gözlənilir
  15 Mart 2016    Oxunub:20742
ABŞ-ın Türkiyədəki səfirliyi bu ölkədə fəaliyyət göstərən Amerika şirkətlərinə xəbərdarlıq edib.

AzVision.az “Habertürk”ə istinadən xəbər verir ki, şirkətlərə göndərilən məktubda martın 20-də Türkiyədə növbəti böyük terror hadisəsinin ola biləcəyi qeyd edilib.

Novruz bayramının həftə sonuna təsadüf etməsi əsas gətirilərək amerikalıların insanların sıx olduğu yerlərdən uzaq durması, vacib olmayacağı təqdirdə bayram şənliklərində iştirak etməmələri tövsiyyə edilib.

Məlumatda dövlət və hökumət binaları ilə yanaşı, ictimai binaların, hərbi birliklərin, diplomatik korpusların, ibadət və turizm yerlərinin də hədəf ola biləcəyi qeyd edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti