Putinin Suriya qərarı ABŞ üçün sürpriz olub

Putinin Suriya qərarı ABŞ üçün sürpriz olub
  15 Mart 2016    Oxunub:2650
Rusiya prezidenti Vladimir Putinin martın 15-dən Rusiya qoşunlarının Suriyadan çıxarılması qərarı Ağ Ev rəsmiləri üçün gözlənilməz olub.
Bu barədə AzVision.az `Politico`-ya istinadən xəbər verir.

Nəşr vurğulayır ki, brifinq zamanı Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bu məsələni şərh etməkdən yayınıb.

“Yaxın vaxtda biz bu məsələ ilə bağlı bütün məlumatları toplayacağıq”, - deyə administrasiya nümayəndələrindən biri bildirib.

Qeyd edək ki, Vladimir Putin Rusiya ordu birləşmələrinin əsas hissəsinin martın 15-dən etibarən Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti