Rusiyada azərbaycanlılardan ibarət dəstə tutuldu

Rusiyada azərbaycanlılardan ibarət dəstə tutuldu
  15 Mart 2016    Oxunub:2612
Rusiya Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizik və Korrupsiya ilə Mübarizə İdarəsinin əməkdaşları saxta alkoqollu içkilər istehsal edən sex aşkarlanıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, saxta içki istehsalı ilə məşğul olan 70 nəfər saxlanılıb.

Tutulan şəxslər Azərbaycan və Qırğızıstan vətəndaşlardır.

İdarədən bildirilib ki, sex daha əvvəl anbar kimi istifadə olunub.

Hadisə yerində axtarış aparan polis əməkdaşları məşhur brendlərin etiketi yapışdırılan 18 mindən çox saxta içki, 6 ton spirt, 60 min boş şüşə, 300 min müxtəlif etiket aşkarlayıb.

Faktla bağlı istintaq işi başladılıb.

Saxlanılan şəxslərin beş il müddətinə azadlıqdan məhrum ediləcəyi bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti