Suriyadan çıxarılan Rusiya təyyarələri Azərbaycandan keçəcək

Suriyadan çıxarılan Rusiya təyyarələri Azərbaycandan keçəcək
  15 Mart 2016    Oxunub:2550
Rusiyanın dövlət televiziyası “Rossiya 24” qoşunların Suriyadan çıxarılma marşrutları sırasında Azərbaycanı da göstərib.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Dövlət kanalı dəqiq uçuş istiqamətlərinin məxfi olduğunu, lakin bunun üçün ən rahat marşrutların İraq, İran və Azərbaycandan keçməklə mümkün ola biləcəyini qeyd edib.

Qeyd edək ki, Vladimir Putin Rusiya ordu birləşmələrinin əsas hissəsinin martın 15-dən etibarən Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti