Putin Suriyada bütün hədəflərinə nail oldu – Stratfor

Putin Suriyada bütün hədəflərinə nail oldu – Stratfor
  15 Mart 2016    Oxunub:2845
Rusiyanın Suriyada olan qoşunlarının əsas hissəsini çıxarmaq barədə qərarının Cenevrədə baş tutacaq danışıqlarla üst-üstə düşməsi Suriyanın gələcəyi ilə bağlı prosesdə razılaşmanın əldə olunması anlamına gələ bilər.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatının kölgəsi kimi tanınan “Stratfor" Qlobal Analitik Mərkəzinin yaydığı məlumatda bildirilir.

“Cenevrədə əldə olunan razılaşmaları, həmçinin Avropadan böyük razılaşmanın əldə olunmasını göstərəcək siqnalları diqqətlə izləmək vacibdir”, - deyə şirkətin sayta yerləşdirdiyi məlumatda qeyd olunur.

“Stratfor”un fikrincə, Rusiya ümumilikdə Suriya kampaniyası başlayandan bəri öz qarşısına qoyduğu bütün hədəflərə nail olub.

Birincisi, Rusiyanın əməliyyatları sayəsində Suriya hökuməti öz mövqelərini və nüfuzunu möhkəmləndirib.

İkincisi, Moskva bütün dünyaya gücləndirilmiş hərbi imkanlarını nümayiş etdirib, daha əvvəl istifadə etmədiyi silahları sınaqdan keçirib.

Üçüncüsü, Moskva İraq və Şam İslam Dövləti terror təşkilatı ilə mübarizəyə öz töhfəsini verib.

Qeyd edək ki, Vladimir Putin Rusiya ordu birləşmələrinin əsas hissəsinin martın 15-dən etibarən Suriyadan çıxarılmasına başlanması barədə göstəriş verib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti