Ailəsini güllələyən polis intihar edib

Ailəsini güllələyən polis intihar edib
  15 Mart 2016    Oxunub:2102
Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.
AzVision.az xəbər verir ki, hadisə Trabzon şəhərində qeydə alınıb.

25 ildir polis işləyən Veli Çaki öncə həyat yoldaşını, daha sonra qızını və oğlunu güllələyib.

Polis əməkdaşı ailə üzvlərini güllələdikdən sonra intihar edib.

Veli Çaki və qızı hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı və oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisənin baş vermə səbəbi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:  





Xəbər lenti