Fransadan Türkiyəyə jest - Bayraq endirildi

Fransadan Türkiyəyə jest - Bayraq endirildi
  15 Mart 2016    Oxunub:3719
Türkiyənin paytaxtı Ankarada 37 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi ilə əlaqədar Fransanın İstanbuldakı Konsulluğunda bayraq endirilib.
Bu barədə AzVision.az Türkiyə KİV-nə istinadən xəbər verir.

Fransanın İstanbuldakı baş konsulu Muriel Domenach öz şəxsi `Twitter` səhifəsində bayraq şəkili paylaşaraq türk xalqına başsağlığı verib.

Qeyd edək ki, martın13-də Ankaranın mərkəzindəki Qızılay meydanında partlayış baş verib. Terror aktı nəticəsində 37 nəfər ölüb, 125 nəfər isə yaralanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti