`Azərbaycanın dəstəyini unutmayacağıq`- Ərdoğan

`Azərbaycanın dəstəyini unutmayacağıq`- Ərdoğan
  15 Mart 2016    Oxunub:8333
“Türkiyəyə verdiyi dəstəyə görə, Azərbaycan xalqına, prezident İlham Əliyevə təşəkkür edirəm”.

AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası zamanı bildirib.

“Hamımızın yasa qərd olduğu, canımızın acıdığı məqamda Azərbaycandan uzadılan dostluq əli, göstərilən qardaşlıq millətimiz tərəfindən hər zaman şükranla anılacaq. Azərbaycanın dəstəyini heç vaxt unutmayacağıq. Azərbaycan xalqı türk xalqının yaşadığı bu acıları paylaşır, bizim kimi onlar da bu acını ürəklərində hiss edirlər”-deyə Ərdoğan bildirib.




Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti