Əsəd rusiyalı hərbçiləri mükafatlandırdı

Əsəd rusiyalı hərbçiləri mükafatlandırdı
  15 Mart 2016    Oxunub:2280
Suriya prezidenti Bəşər Əsəd bu ölkədə xidmət aparan rus hərbçiləri mükafatlandırıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Suriyanın Baş Qərargah rəisi Əli Abdulla Əyyub Xmeymim aviabazasının rusiyalı hərbçilərinə mükafatları təqdim edib.

Xatırladaq ki, Rusiyanın Suriyadakı hərbi qruplaşmasının şəxsi heyəti prezident Vladimir Putinin qərarından sonra vətənə dönmək üçün hazırlıqlara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti