Ərdoğanın Qarabağ mövqeyi: `Geri addım atmayacağıq`

Ərdoğanın Qarabağ mövqeyi: `Geri addım atmayacağıq`
  15 Mart 2016    Oxunub:3410
“ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini uzadır. Beynəlxalq sənədlərin qəbul olunmasına baxmayaraq, Qarabağ problem hələ də həllini tapmayıb. Münaqişənin həll edilməməsi üzücüdür”

AzVision.az xəbər verir ki, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.

Ərdoğan Türkiyənin Qarabağ problemi ilə bağlı mövqeyini açıqlayıb. O, prezident İlham Əliyevlə Qarabağ məsələsini müzakirə etdiyini diqqətə çatdırıb.

“Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Münaqişənin sülh yolu ilə həll olunması üçün qardaş Azərbaycana lazımı dəstəyi verəcəyik. Türkiyənin Qarabağla bağlı mövqeyi qətidir. Biz hər zaman Azərbaycanın yanındayıq. Bu barədə prezidentlə müzakirə apardıq. Geriyə addım atmayağacıq. Bu, mümkün deyil”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti