Batumidə Novruz bayramı qeyd olunub

Batumidə Novruz bayramı qeyd olunub
  15 Mart 2016    Oxunub:2303
Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğunun təşkilatcılığı ilə mart ayının ayının 15-də azərbaycan ,rus və gürcü şagirdlərinin təhsil aldığı Batumi şəhər “21-ci əsr” gimnaziyasında Novruz bayramına həsr edilmiş tədbir keçirildi. Tədbirdə , “21-ci əsr” gimnaziyasının müəllim kollektivi, Acarıstan Muxtar Respublikasının ictimai və siyasi dairələrin nümayəndələri, M.F.Axundov adına Gürcüstan-Azərbaycan xeyriyyə cəmiyyətinin sədri Vidadi Axundov, KİV nümayəndələri iştirak edib.

Tədbir başlamazdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsələndirildi.Baş konsul Rəşad İsmayılov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin mahiyyətindən danışdı.Bildirildi ki, qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının ən qədim dövrlərdən daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının özünəməxsus yeri vardır. Bu bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər yaratmışdır.

Tədbirdə şagirdlər Novruzla bağlı müxtəlif səhnəciklər göstərdilər, mahnılar, rəqslər ifa etdilər və bahara, Novruz bayramına həsr olunan şeirlər söylədilər.Milli geyimdə olan istedadlı azəri və gürcü şagirdləri tərəfindən Azərbaycan tarixi haqqında qonaqlara məlumat verildi. Tədbirdə milli geyimdə olan Bahar qızının qədim, qəlbimizin bir parçası olan Şuşamızın və Qarabağımızın “Sari Gəlin “rəqsi ilə xatırlanması qonaqlar tərəfindən xüsusi maraqla qarşılanıb.

Tədbirin sonu, Azərbaycan milli yeməklərindən ibarət ziyafətlə yekunlaşıb.


Teqlər:





Xəbər lenti