Şarapovanın səfir titulu əlindən alındı

Şarapovanın səfir titulu əlindən alındı
  15 Mart 2016    Oxunub:2019
Birləşmiş Millətlər Təşkilatı (BMT) qurumun xoşməramlı səfiri olan Mariya Şarapova ilə əməkdaşlığa son verib.
AzVision.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Xəbərdə deyilir ki, son hadisələr fonunda BMT-nin İnkişaf Proqramı Şarapova ilə əməkdaşlığın dayandırılması və istintaq müddətində planlaşdırılan tədbirlərin ləğvi barədə qərar qəbul edib.

Qeyd edək ki, M. Şarapova yoxsulluqla mübarizə və sosial qeyri-bərabərliklə bağlı tədbirlərdə iştirak edirdi.

Xatırladaq ki, məşhur tennisçinin qanında qadağan edilmiş preparat – meldonium aşkarlanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti