“Hizbullah” da Suriyadan çıxır

“Hizbullah” da Suriyadan çıxır
  15 Mart 2016    Oxunub:1998
“Hizbullah” Suriyadan silahlılarını çıxarmağa başlayıb.
AzVision.az “Haberturk”ə istinadən xəbər verir ki, bunu livanlı jurnalist Əli əl-Emin deyib. Onun sözlərinə görə, yüzlərlə “Hizbullah” yaraqlısı Suriyadan çıxmağa başlayıb.

Jurnalist bildirib ki, buna səbəb ABŞ-la Rusiya arasında əldə olunan razılaşmadır: ““Hizbullah” Hələbdən çıxacaq, lakin Şam və Livanla sərhəddə olan Kalamun və Zebedani kimi bölgələrdə qalmaqda davam edəcək”.

Xatırladaq ki, Rusiyanın Suriyadakı hərbi qruplaşmasının şəxsi heyəti prezident Vladimir Putinin qərarından sonra vətənə dönmək üçün hazırlıqlara başlayıb. Putin qərarını martın 14-də axşam müdafiə naziri Sergey Şoyqu və xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı elan edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti