Putin S-400-ləri Suriyadan çıxarmır

Putin S-400-ləri Suriyadan çıxarmır
  16 Mart 2016    Oxunub:2010
Rusiya S-400 zenit-raket komplekslərini Suriyada çıxarmayacaq.
Bu barədə Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov açıqlama verib.

PA rəhbəri bəyan edib ki, zenit kompleksləri Suriyada qalan təyyarələri effektli qorumaq üçün lazım olacaq.

Onun sözlərinə görə, Suriyadakı bazada zenit kompleksləri ilə yanaşı dəniz və qurudan gələcək təhlükələrə qarşı müdafiə sistemləri də saxlanılacaq.

Qeyd edək ki, Rusiya Suriya ərazisində zenit-raket kompleksləri Su-24 təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra yerləşdirilmişdi.

Xatırladaq ki, Rusiyanın Suriyadakı hərbi qruplaşmasının şəxsi heyəti prezident Vladimir Putinin qərarından sonra vətənə dönmək üçün hazırlıqlara başlayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti