Kürdlər Ankaranı partladan qıza yas saxlayır

Kürdlər Ankaranı partladan qıza yas saxlayır
  16 Mart 2016    Oxunub:2569
Türkiyənin paytaxtı Ankarada 37 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən partlayışı törədən kamikadze qız üçün yas çadırı qurulub.
PKK bayrağının asıldığı yas çadırının önündə terror təşkilatının lehinə şüarlar səsləndirilib.

Kürdlər Ankarada 37 nəfərin həyatına son qoyan kamikadzeni şəhid kimi qələmə verirlər.

Qeyd edək ki, Ankarada baş vermiş partlayışın Balıkəsir Universitetinin tələbəsi Səhər Çağla Dəmir olduğu müəyyənləşib.

Terrorçu üçün Türkiyədə yas mərasiminin qurulması sosial şəbəkələrdə böyük etiraza və təpkiyə səbəb olub. İnsanlar terrorçular üçün belə mərasimlərin təşkilinə imkan verdiyi üçün hökuməti kəskin tənqid edirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti