`Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir` - Tsipras

`Qarabağ münaqişəsi sülh yolu ilə həll edilməlidir` - Tsipras
  16 Mart 2016    Oxunub:2242
“Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun fəaliyyəti çərçivəsində həll edilməlidir”.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Yunanıstanın baş naziri Aleksis Tsipras deyib. Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və stabilliyin gücləndirilməsi vacibdir:

“Rəsmi Afina bütün məsələlərin beynəlxalq norma və qanunvericilik əsasında sülh yolu ilə həlli prinsipinə sadiqdir”.

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan dünən Yunanıstanın paytaxtı Afinada rəsmi səfərdə olub.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər:  





Xəbər lenti