ABŞ-da ilkin seçkilər - Tramp 5 ştatda qalib gəldi

ABŞ-da ilkin seçkilər -  Tramp 5 ştatda qalib gəldi
  16 Mart 2016    Oxunub:2437
ABŞ-ın beş ştatında – İllinoys, Missuri, Ohayo, Şimali Karolina və Florida ştatlarında növbəti ilkin seçkilər keçirilib.
AzVision.az “CBS News”-a istinadən xəbər verir ki, Respublikaçıların namizədi milyarder Donald Tramp İllinoys, Missuri, Şimali Karolina və Florida ştatlarında qalib gəlib. Ohayoda isə ştatın qubernatoru Con Keysik Trampı udub.

İllinoys və Missuri ştatlarında demokratların seçkilərində sabiq dövlət katibi Hilari Klinton az fərqlə Vermontdan olan senator Berni Sandersə qalib gəlib. Hər iki ştatlarda səs faizləri (müvafiq olaraq 50 və 49%) təxminən eynidir.

Ohayo, Şimali Karolina və Florida ştatlarında sabiq dövlət katibi Sanders üzərində inamlı qələbə qazanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti