`Azərbaycandan üzr istəməliyik` – Avropa Parlamentinin deputatı

`Azərbaycandan üzr istəməliyik` – Avropa Parlamentinin deputatı
  16 Mart 2016    Oxunub:3909
"Şərq tərəfdaşlığı" məntiqi olaraq çıxılmaz vəziyyətə düşüb.

AzVision.az-ın məlumatına görə, bunu Avropa Parlamentinin Latviyadan olan deputatı Andrey Mamıkin “rubaltic.ru” analitik portalına müsahibəsi zamanı bildirib.

Onun sözlərinə görə, "Şərq tərəfdaşlığı"nda iştirak edən 3 ölkə - Ermənistan, Azərbaycan və Belarus Avropa İttifaqınındünyada sülhlə bağlı çağırışlarını dəstəkləməyə hazır olduqlarını söyləyib: “Azərbaycanı incitdiyimiz üçün onlar bizimlə parlamentlərarası əlaqələr çərçivəsində bütün əməkdaşlığı dayandırıb. Ukrayna, Gürcüstan, Moldova daxil olmaqla, üç ölkə Aİ ilə assosiasiya sazişi imzaladılar və bundan sonra "Şərq tərəfdaşlığı" məntiqi olaraq çıxmaz vəziyyətə düşdü”.

Bununla əlaqədar yeni proqramın hazırlanmalı olduğunu söyləyən deputat ilk növbədə Azərbaycanla münasibətlərin düzəldilməsinin vacibliyini vurğulayıb: “İlk olaraq, gəlin, Azərbaycandan üzr istəyək. Belə deyək, Azərbaycanın insan haqları, media azadlığı ilə bağlı problemləri ola bilər, lakin biz Avroparlament olaraq bu informasiyanı Bakıya təhqiramiz formada çatdırdıq. Azərbaycan üçün yeni nəsə fikirləşmək lazımdır. Avropa İttifaqı üçün Azərbaycan nə deməkdir? Təkcə ucuz qaz mənbəyi? Biz hələ də hesab edirik ki, Azərbaycan Cənubi Qafqazda böyük, vacib aktordur və biz bu ölkəyə terrorizmlə mübarizə və s. məsələlərdə etibar edirik. Sadəcə, biz Avropa İttifaqı ölkələri "Şərq tərəfdaşlığı"na daxil olan ölkələrdən nə istədiyimizi müəyyənləşdirə bilmirik. “Şərq tərəfdaşlığı”nın hazırki formasında biz postsovet ölkələrinə heç nə verə bilmirik”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti