Azərbaycan Qafqazın ən xoşbəxt ölkəsidir – SİYAHI

Azərbaycan Qafqazın ən xoşbəxt ölkəsidir – SİYAHI
  16 Mart 2016    Oxunub:3942
Danimarka İsveçrəni siyahıda qabaqlayaraq dünyanın ən xoşbəxt ölkəsi olub.

AzVision.az “Reuters”-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin dayanaqlı inkişaf yolunun hazırlanması təşkilatı və Kolumbiya Universitetinin Yer İnstitutu ilə birgə hazırladığı hesabatda bildirilir.

Azərbaycan siyahıda 81-ci yerdə qərarlaşaraq Ermənistan (121) və Gürcüstanı (126) qabaqlayıb. Qonşularımızdan Türkiyə 78-ci, İran isə 105-cidir.

Araşdırmaya əsasən Suriya, Əfqanıstan, həmçinin Saharadan cənubda olan digər 8 ölkə dünyanın ən azı xoşbəxt olan ölkələri siyahısındadır.

Dünyanın ən xoşbəxt 10 ölkəsi siyahısına Danimarka, İsveçrə, İslandiya, Norveç, Finlandiya, Kanada, Hollandiya, Yeni Zelandiya, Avstraliya və İsveç daxildir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  



Xəbər lenti