Tanınmış basketbolçu prezidentin müşaviri oldu

Tanınmış basketbolçu prezidentin müşaviri oldu
  16 Mart 2016    Oxunub:2985
Türkiyənin məşhur basketbolçusu Hidayət Türkoğluna yeni vəzifə verilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hidayət Türkoğlu prezident Rəcəb Tayyip Ərdoğanın baş müşaviri təyin edilib.

Türkoğlu prezidentin müşaviri vəzifəsinə görə 60 min lirə maaş alacaq. Həmçinin keçmiş idmançı bu vəzifəyə aid xidməti avtomobil və cangüdənlə də təmin olunacaq.

Qeyd edək ki, Hidayət Türkoğlu Türkiyənin milli basketbolçusu olmaqla yanaşı, 15 il Amerika Birləşmiş Ştatlarının (ABŞ) məşhur NBA komandasının üzvü olub.

AzVision.az


Teqlər:  





Xəbər lenti