Rusiya yenə Türkiyəni ittiham etdi

Rusiya yenə Türkiyəni ittiham etdi
  17 Mart 2016    Oxunub:3054
Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Suriya böhranına görə növbəti dəfə Türkiyəni ittiham edib.
AzVision.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Lavrov Türkiyəni Suriya böhranının nizama salınması üzrə səylərə mane olmaqda günahlandırıb:

“Türkiyənin hərəkətləri əslində BMT Təhlükəsizlik Şurasının Suriya üzrə qətnamələrinə, o cümlədən humanitar yüklərin çatdırılması və siyasi prosesin başlanması üzrə səylərə mane olur”.

Lavrov, həmçinin qeyd edib ki, Türkiyə İraqın və Suriyanın ərazi bütövlüyü və müstəqilliyini pozur.

AzVision.az


Teqlər:



Xəbər lenti