Rusiyada futbolçular arasında kütləvi dava - VİDEO

Rusiyada futbolçular arasında kütləvi dava - VİDEO
  17 Mart 2016    Oxunub:2696
Rusiya futbolunun ikinci divizionu olan Milli Futbol Liqasında (FNL) Novosibirskin `Sibir` və Armavirin `Torpedo` klubları arasında oyun kütləvi dava ilə başa çatıb.
AzVision.az Rusiya KİV-ə istinadən xəbər verir ki, qarşılaşmanın 90-cı dəqiqəsində meydanın mərkəzində futbolçular arasında kütləvi dava olub. Futbolçular bir-birilərinə yumruq zərbələri endiriblər.

Qarşılaşmanın hakimi İqor Nizovçev məşqçilərin köməyi ilə vəziyyəti nəzarətə ala bilib.

Dava nəticəsində futbolçu Roman Belyayev və qonaqların futbolçusu Nikita Qluşakov qırmızı vərəqə ilə cəzalandırılıb.

Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.



AzVision.az


Teqlər:  





Xəbər lenti