İran Suriyaya xüsusi təyinatlılar göndərir

İran Suriyaya xüsusi təyinatlılar göndərir
  17 Mart 2016    Oxunub:2226
İran İraq və Suriyaya hərbi müşavirlər qismində xüsusi təyinatlılar və snayperlər göndərmək niyyətindir.
AzVision.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın quru qoşunlarının komandanı Əli Arateh bildirib.

“Lazım olan an biz İraq və Suriyaya xüsusi təyinatlılar göndərməyə hazırıq”, - deyə general vurğulayıb.

Arastehin sözlərinə görə, xüsusi təyinatlılar və snayperlərin ilkin qrupu artıq bu məqsədlə hazırlıqlardan keçir və İslam Respublikası yaxın vaxtlarda İraq və Suriyaya qoşun göndərmək barədə qərar qəbul edə bilər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti