Zəvvarları daşıyan avtobus aşdı: 19 ölü, 36 yaralı

Zəvvarları daşıyan avtobus aşdı: 19 ölü, 36 yaralı
  17 Mart 2016    Oxunub:1946
İordaniyada fələstinli zəvvarları daşıyan avtobus qəzaya uğrayıb.
AzVision.az `Reuters`ə istinadən xəbər verir ki, hadisə nəticəsində 19 nəfər ölüb, 36 nəfər xəsarət alıb.

İnsident İordaniyanın cənubunda yerləşən Maan şəhəri yaxınlığında qeydə alınıb. Hadisə sürücünün idarəetməni itirməsi səbəbindən baş verdiyi güman edilir.

Məlumatda avtobusun Səudiyyə Ərəbistanı istiqamətində hərəkət etdiyi bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti