Coli miqrantlara baş çəkdi, ajiotaj yaşandı (VİDEO)

Coli miqrantlara baş çəkdi, ajiotaj yaşandı (VİDEO)
  17 Mart 2016    Oxunub:2325
Hollivud ulduzu Ancelina Coli BMT-nin xoşməramlı səfiri kimi Yunanıstanın Pirey limanına gələrək miqrantlarla görüşüb.
AzVision.az `Euronews`-a istinadən xəbər verir ki, Coli bununla dünya liderlərinin diqqətini köçkünlərin probleminə yönəltmək istəyib.

Colinin səfəri 4 minə qədər miqrantın evinə çevrilən limanda böyük ajiotaja səbəb olub

“Biz Ancelinanın bura gəlməsi və bizimlə görüşməsinə görə çox şadıq. Biz, həmçinin yunanlara və onların ölkəsinə minnətdarıq”, - deyə Suriyalı qaçqın Mahmud bildirib.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti