Putin Suriyadan qayıdan hərbçiləri mükafatlandıracaq

Putin Suriyadan qayıdan hərbçiləri mükafatlandıracaq
  17 Mart 2016    Oxunub:1924
Rusiya prezidenti Vladimir Putin bu gün Suriyada hərbi əməliyyatların həyata keçirilməsi zamanı fərqlənən hərbçilərə mükafat verəcək.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Böyük Kreml sarayının Georgievsk zalında baş tutacaq mərasimə 700-dən çox əsgər və zabit, həmçinin hərbi-sənaye kompleksinin nümayəndələri dəvət olunub. Bundan əvvəl isə Putin Aleksandrovsk zalında ötən ilin avqustun birində formalaşdırılan Hərbi-Kosmik Qüvvələrinin komandanlığına mükafat verəcək. Məhz bu komandanlıq Suriya ərazisində terrorçuların mövqeyinə zərbə endirməyə görə məsuliyyət daşıyıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti