Ərdoğan PKK tərəfdarlarını parlamentdən qovur

Ərdoğan PKK tərəfdarlarını parlamentdən qovur
  17 Mart 2016    Oxunub:3382
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdən Kürd Fəhlə Partiyasının (HDP) beş deputatının toxunulmazlıq hüququnun ləğv olunmasını istəyib.

Bu barədə AzVision.az “TRT haber2-ə istinadən xəbər verir.

Telekanal müxalif deputatların adlarını açıqlamayıb.

Ərdoğanın sözlərinə görə, Türkiyə parlamentində PKK terrorçularına dəstəkləyən şəxslərə yer yoxdur.

Qeyd edək ki, martın 13-də axşam saatlarında Ankaranın mərkəzində Qızılay meydanında partlayış baş verib. Terror aktı nəticəsində 37 nəfər ölüb, 125 nəfər isə yaralanıb.

Partlayışın PKK tərəfindən törədildiyini rəsmən təsdiqlənib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti