Azərbaycanlı iş adamının qətlinin təfərrüatları

Azərbaycanlı iş adamının qətlinin təfərrüatları
  17 Mart 2016    Oxunub:5889
Rusiyada öldürlən azərbaycanlı biznesmen Canpolad Şamiloğlunun qətlinin yeni təfərrüatları məlum olub.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə iş adamının yaşadığı “Slavyanski bulvar” küçəsində baş verib. Qatil 9 mm kalibrli tapançadan 3 dəfə iş adamının ürək nahiyəsinə daha sonra bir dəfə başına atəş açıb.

Mərhumun cəsədi səhər saatlarında həyat yoldaşı tərəfindən aşkar edilib. Canpolad Şamiloğlunun qonşuları da gecə saat 3-də silah səslərinin eşidildiyini bildiriblər.
Qətlin sifarişlə killer tərəfindən törədildiyi qeyd olunub. Çünki, 3 dəfə ürək və bir dəfə baş nahiyəsinə açılan atəş bunu deməyə əsas verir.

Artıq Rusiya İstintaq Komitəsində 46 yaşlı azərbaycanlı Canpolad Şamiloğlunun qətli ilə bağlı cinayət məcəlləsinin 105-ci (“Qəsdən adam öldürmə”) və 224-cü (“Qanunsuz odlu silah gəzdirmə”) maddələri ilə cinayət işi qaldırılıb.

**

Rusiyada azərbaycanlı biznesmen qətlə yetirilib.

AzVision.az “LifeNews”a istinadən xəbər verir ki, hadisə bu gecə Moskva şəhərində baş verib.

46 yaşlı Canpolad Şamil oğlu evinə gedərkən binanın girişində güllələnib. Hazırda hadisənin təfərrüatı araşdırılır.

Qətlin killer tərəfindən törədildiyi ehtimal edilir.

Qeyd edək ki, qətlə yetirilən azərbaycanlı iş adamı tikinti biznesi ilə, o cümlədən meyvə- tərəvəzin satışı ilə məşğul olurmuş .

AzVision.az


Teqlər:  





Xəbər lenti