Səlim Müslümov hesabat verdi

Səlim Müslümov hesabat verdi
  22 Fevral 2013    Oxunub:1977
Yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 212 milyon manat təşkil edib.
AzVision.az-ın məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondu yanvar ayına dair hesabatında qeyd olunub.
Məlumata görə, bu, 2012-ci ilin müvafiq dövrünə nisbətən 11,4 milyon manat və ya 5,7 faiz çoxdur. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2012-ci ilin müvafiq dövrünə nisbətən 10,2 faiz və ya 6,9 milyon manat artaraq 74,6 milyon manat olub.
Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 75,9 faizi və ya 56,6 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,6 faiz və ya 7,2 milyon manat artıb. Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 18 milyon manat təşkil edib”.
Yanvar ayında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 197,2 milyon manat olub. İlkin məlumatlara görə, 1 yanvar tarixinə əmək pensiyalarının orta aylıq məbləği 152 manat, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 168 manat təşkil edib.


Teqlər:  





Xəbər lenti