Putin rusların Suriyadakı əsl məqsədini açıqladı

Putin rusların Suriyadakı əsl məqsədini açıqladı
  17 Mart 2016    Oxunub:3486
Rusiya Hərbi-Kosmik Qüvvələrinin Suriyada yeganə hədəfi terrorizmlə mübarizə olub.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Putin Suriya kampaniyasının iştirakçılarının mükafatlandırılması mərasimində bildirib.

Rusiya liderinin sözlərinə görə, hərbçilər terrorçu qruplaşmaların yeni ərazilər işğal etməsinin qarşısını alıb, onların silah-sursat anbarları məhv edilib, neft qaçaqmalçılığı marşrutunun qarşısı alınıb.

Putin, həmçinin Suriya dövləti, onun silahlı qüvvələrinin möhkəmləndirilməsi istiqamətində görülən işləri də vurğulayıb.

Prezidentin sözlərinə görə, Rusiya Suriyada sülh danışıqları üçün şərait yaradıb, həmçinin ABŞ və bir sıra ölkələrlə konstruktiv qarşılıqlı əlaqələr qurub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti