`Əsədə bundan sonra da yardım edəcəyik` – Putin

`Əsədə bundan sonra da yardım edəcəyik` – Putin
  17 Mart 2016    Oxunub:2907
Rusiya Suriyaya hərbi dəstək verilməsini bundan sonra da davam etdirəcək.
AzVision.az `RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

RF rəhbərinin sözlərinə görə, Suriyanın qanuni hökumətinə dəstək kompleks xarakter daşıyır. Bura maddi yardım, texnika və silahların çatdırılması, Suriya silahlı qüvvələrinin təşkili və onlara təlim keçirilməsi daxildir.

“Bura kəşfiyyat məlumatlarının ötürülməsi, əməliyyatların planlaşdırılmasında kömək və nəhayət birbaşa dəstəklənmə - zərbə və qırıcı aviasiyanın istifadəsi daxildir”, - deyə Rusiya lideri vurğulayıb.

Putin vurğulayıb ki, Suriyada qalan Rusiya qüvvələri istənilən tapşırığı həyata keçirmək imkanına malikdir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti