Aqramunt Əliyevin əfv sərəncamını alqışladı

Aqramunt Əliyevin əfv sərəncamını alqışladı
  17 Mart 2016    Oxunub:2732
AŞPA prezidenti Pedro Aqramunt Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamını alqışlayıb.

AzVision.az xəbər verir ki, bu barədə Aqramunt məsələ ilə bağlı bəyanatında deyilir.

"Bu gün Azərbaycanda 148 nəfərin, həmçinin Vatslav Qavela mükafatı laureatı Anar Məmmədlinin, eləcə də bir sıra siyasi fəalların, jurnalistlərin və hüquq müdafiəçilərinin azadlığa çıxması barədə yaxşı xəbər almışam", - bəyanatda vurğulanıb.

"Mən məhbus məsələsi ilə bağlı Azərbaycan hakimiyyəti ilə işləməyə davam edəcəyəm", - o, bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti