Moqerini əfv sərəncamını yüksək qiymətləndirdi

Moqerini əfv sərəncamını yüksək qiymətləndirdi
  18 Mart 2016    Oxunub:3304
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamını alqışlayıb.

Bu barədə Avropa İttifaqının mətbuat xidmətinin məlumat verilib.

Moqerininin bəyanatında bildirilib: "Bu gün Azərbaycan prezidenti Novruz bayramı münasibəti ilə aralarında siyasi partiya və QHT nümayəndələri, həmçinin jurnalistlərin olduğu 148 nəfəri əfv edib. Bu müsbət addımdır, bu məsələ mənim fevralın 29-da Azərbaycana səfərim zamanı müzakirə olunub.

Ümid edirəm ki, gələcəkdə də bu istiqamətdə addımlar atılacaq. Müstəqil və rəngarəng vətəndaş cəmiyyəti ölkənin rifahı və onun stabilliyi üçün mühüm töhfədir".

AzVision.az


Teqlər:  





Xəbər lenti