ABŞ İlham Əliyevin əfv sərəncamını alqışladı

ABŞ İlham Əliyevin əfv sərəncamını alqışladı
  18 Mart 2016    Oxunub:2797
ABŞ Azərbaycan prezidenti İlham Əliyevin əfv sərəncamı imzalamasını və məhkəmənin jurnalist Rauf Mirqədirovun azadlığa buraxılması barədə qərar qəbul etməsini alqışlayıb.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məsələ ilə bağlı yaydığı bəyənatında bildirilir. Bəyanatda ABŞ-ın Azərbaycan hökumətinin atdığı müsbət addımı alqışladığı qeyd olunub.

“Biz əlavə müsbət addımlar üzrə Azərbaycan hökuməti ilə əməkdaşlığı davam etdirmək niyyətindəyik”, - deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, martın 17-də Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 148 məhbus azadlığa buraxılıb. Onların arasında ictimai-siyasi fəaliyyəti ilə tanınmış şəxslər də var.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti