NATO-nun baş katibindən Qarabağ çağırışı

NATO-nun baş katibindən Qarabağ çağırışı
  18 Mart 2016    Oxunub:2672
NATO Dağlıq Qarabağ münaqişəsi tərəflərini siyasi iradə nümayiş etdirmək və münaqişənin sülh danışıqları yolu ilə nizamlamağa çağırır.
AzVision.az xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun İrəvan bürosunun NATO baş katibi Yens Stoltenberqə ünvanladığı yazılı suallara verilən cavabda bildirilir.

Şimali Atlantika Alyansı tərəfləri konstruktiv olmağa çağırır.

"Bu kimi uzadılmış münaqişələr müttəfiqlərin xüsusi narahatlığı üçün səbəbdir. Biz əvvəlki kimi, Qafqaz regionunda sulh və stabilliyi Avroatlantikanın təhlükəsizliyi üçün başlıca səbəblərdən biri kimi nəzərdən keçiririk. Biz region ölkələri ilə həm siyasi, həm də əməli aspektlərdən əməkdaşlığı davam etdirəcəyik", - deyə NATO-nun yazılı cavabında bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti