Raqozinin gizli Bakı səfərinin səbəbi açıqlandı

Raqozinin gizli Bakı səfərinin səbəbi açıqlandı
  18 Mart 2016    Oxunub:3281
Rusiya silahlarının Azərbaycana tədarükü ilə bağlı müqavilələr üzrə ödənişlərlə bağlı problem yoxdur, ölkələr arasında hərbi-texniki sahədə əməkdaşlıq uğurla inkişaf edir.
AzVision.az xəbər verir ki, bunu "Kommersant" qəzetinə müsahibəsi zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Ümumilikdə bizim Rusiya ilə hərbi-texniki əməkdaşlıq sahəsində münasibətlərimiz kommersiya prinsiplərinə müvafiqdir və qarşılıqlı faydalı əməkdaşlıq əsasında uğurla inkişaf edir", - deyə Məmmədyarov vurğulayıb.

O əlavə edib ki, silah müqavilələrinin maliyyə dəstəyi ilə bağlı problem yoxdur.

Azərbaycanın XİN rəhbərinin sözlərinə görə, Bakı müqavilələrə uyğun olaraq bütün ödənişləri edir, lakin onların icrası ilə bağlı problemlər var:"O mənada ki, Azərbaycana daxil olan silahlar müqavilələrdə qeyd olunan texniki parametrlərə uyğun olmalıdır".

Məmmədyarov qeyd edib ki, Rusiya baş nazirinin müavini Dmitri Roqozin martın əvvəlində məhz parametrlərlə bağlı problemin nədən ibarət olduğunu anlamaq üçün Bakıya səfər edib və məsələ ilə bağlı ətraflı izah alıb, heç bir problem qalmayıb.

"Əsas odur ki, mal kondisiyaya uyğun olsun. Sazişlərin bir hissəsi üzrə hər şey plan üzrə gedir. Məsələ burasındadır ki, bir neçə konkret silah növlərinin texniki parametrlərinə düzəliş etmək lazımdır. Və bu, Roqozinin sözlərinə görə, ən qısa vaxt ərzində həll olunacaq", - deyə nazir əlavə edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti