`Rusiya buna yol verməməlidir` - Məmmədyarov

`Rusiya buna yol verməməlidir` - Məmmədyarov
  18 Mart 2016    Oxunub:3168
“Rusiya, bir tərəfdən, ATƏT Minsk Qrupunun həmsədri kimi fəaliyyət göstərir. Digər tərəfdən isə, hər bir dövlətin lazım bildiyi ölkəyə silah tədarük etmək hüququ var, biz bunu qəbul edirik. Rusiyaya bir müddət əvvəl təqdim olunan notada xahiş olunub ki, Rusiya Ermənistana silahları tədarük edərkən nəzərə almalıdır ki, həmin silah-sursatların Azərbaycanın işğal olunmuş ərazilərinə ötürülməsinə yol verilməməlidir”.

AzVision.az-ın məlumatına görə, bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Rusiyanın “Kommersant” nəşrinə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, bu cür tədarüklərdə “sonuncu istifadəçi” qaydası var: “Sonuncu istifadəçi Ermənistan olacağı təqdirdə məsələ Moskva və İrəvan arasında ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxmazdı. Lakin, silahlar Azərbaycanın işğal olunmuş ərazilərində peyda olduqda, bu artıq tam başqa məsələyə çevrilir”.

XİN rəhbərinin sözlərinə görə, Moskva Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi halda, Rusiya silahlarının Qarabağda olmasında heç bir məntiq yoxdur:

“Rusiya XİN-də təqdim etdiyimiz notanın tonunun düzgün qəbul edildiyi Moskvanın sonrakı bəyanatlarından bəlli oldu”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti