ABŞ-dan Rusiyaya terror xəbərdarlığı

ABŞ-dan Rusiyaya terror xəbərdarlığı
  18 Mart 2016    Oxunub:2549
ABŞ-ın Moskvadakı səfirliyi Rusiyada olan amerikalı vətəndaşlarına terror təhlükəsinə dair xəbərdarlıq edib.
AzVision.az xəbər verir ki, bu barədə “RİA Novosti” səfirliyin mətbuat katibi Uilyam Stivensə istinadən məlumat yayıb.

“Bizim bütün dünyada səfirliklərimiz mütəmadi olaraq amerikalı vətəndaşlarla təhlükə ilə bağlı məlumatları paylaşır”, - Stivens qeyd edib.

“Bu gün ABŞ-ın Moskvadakı səfirliyi, ABŞ Dövlət Departamentinin Avropada, eləcə də Rusiyada terror təhlükəsinə toxunan bu yaxınlarda yenilənmiş təhlükəsizlik haqqında xəbərdarlığına dair bildiriş dərc edib”, - Stivens vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti