Əliyev ABŞ-da Sarkisyanla görüşə bilər

Əliyev ABŞ-da Sarkisyanla görüşə bilər
  18 Mart 2016    Oxunub:2655
ATƏT-in Minsk qrupu həmsədrləri, xüsusilə ABŞ Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammiti çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə çalışır.

AzVision.az xəbər verir ki, bu haqda Ermənistanın “Aykakan Jamanax” qəzeti yazıb.

Qəzetin diplomatik mənbəyə istinadən verdiyi məlumata görə, ATƏT-in Minsk qrupu həmsədrləri hər iki ölkə prezidentinin görüşünün təşkili üçün səylərini əsirgəmir.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan martın 31-də Vaşinqtonda başlayacaq Nüvə Təhlükəsizliyi Sammitində iştiraklarını təsdiqləyiblər.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti