ABŞ-dan Türkiyəyə növbəti terror xəbərdarlığı

ABŞ-dan Türkiyəyə növbəti terror xəbərdarlığı
  18 Mart 2016    Oxunub:2798
ABŞ-ın Ankaradakı səfirliyi Türkiyədə yaşayan ölkə vətəndaşlarına növbəti dəfə terror xəbərdarlığı edib.
AzVision.az xəbər verir ki, səfirlik Türkiyədə yaşayan ABŞ vətəndaşlarını Novruz bayramında təhlükəsizlik baxımından ehtiyatlı olmağa çağırıb.

Xəbərdarlıqda deyilir: “Türkiyənin müxtəlif şəhərlərində fərqli günlərdə qeyd olunacaq Novruz bayramını nəzərə alaraq bayram nümayişlərinin keçiriləcəyi yerlərdən uzaq durmağı məsləhət görürük. Dinc nümayişlər qarşıdurma və zorakılığa çevrilə bilər. Gündəlik planlaşmalarınızı yerli orqanlar tərəfindən edilən təhlükəsizlik xəbərdarlığına uyğun təşkil etməyinizi təklif edirik”.

Qeyd edək ki, ABŞ səfirliyi Novruz bayramı ilə əlaqədar hər il təhlükəsizliklə bağlı çağırış edir.

Xatırladaq ki, martın 13-də Ankaranın Kızılay meydanında terror aktı baş verib. Terakt nəticəsində 37 nəfər həyatını itirmişdi. Hadisəyə görə PKK ilə əlaqəli “Kürdüstan Azadlıq Şahinləri” (TAK) qruplaşması məsuliyyəti öz üzərinə götürüb.

Gültəkin Ələsgər


Teqlər:





Xəbər lenti