İSESCO BMT baş katibindən Qarabağla bağlı nə istədi?

İSESCO BMT baş katibindən Qarabağla bağlı nə istədi?
  18 Mart 2016    Oxunub:2483
ISESCO-nun baş direktoru Əbdüləziz Osman Əl Tüveycri BMT baş katibi Pan Gi Munu Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin işğalını pisləyən və işğalçı qoşunların dərhal çıxarılmasını tələb edən Təhlükəsizlik Şurası qətnamələrinin həyata keçirilməsini təmin etməyə çağırıb.
AzVision.az-ın qurumun rəsmi saytına istinadən verdiyi xəbərə görə, baş direktor BMT TŞ tərəfindən 1993-cü ildə qəbul edilən 822, 853, 874, 884 saylı qətnamələri və 2008-ci ildə Baş Assambleyada təsdiqlənən qətnaməni diqqətə çatdırıb və naməlum səbəblərdən onların həyata keçirilməsinin gecikdiyini vurğulayıb. O bildirib ki, sülhü təhdid edən bu münaqişənin BMT baş katibinin gündəliyində olmaması təəccüb doğurur: “BMT baş katibinin Dağlıq Qarabağdan didərgin salınmış bir milyondan çox insanın yerləşdiyi qaçqın düşərgələrini heç vaxt ziyarət etməməsi olduqca qəribədir”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti