Ankara terroruna görə 6 nəfər həbs edildi

Ankara terroruna görə 6 nəfər həbs edildi
  18 Mart 2016    Oxunub:2181
Martın 13-də Ankarada baş vermiş terror aktına görə 6 nəfər həbs olunub.
Türkiyə mətbuatının verdiyi məlumata görə, 37 nəfərin ölümü, 125 nəfərin yaralanması ilə nəticələnən hadisə ilə bağlı məhkəməyə çıxarılan 9 nəfərdən 6-sı barədə həbs qərarı verilib.

Qeyd edək ki, Ankaradakı partlayışın məsuliyyətini PKK-ya yaxın qrup olan TAK (Kürdüstan Azadlıq Şahinləri -Teyrêbazên Azadiya Kurdistan) terror təşkilatı üzərinə götürüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti