İrəvanda yenidən etirazlar başladı

İrəvanda yenidən etirazlar başladı
  19 Mart 2016    Oxunub:3138
“Yeni Ermənistan” ictimai qurtuluş cəbhəsi tərəfindən İrəvanın “Azadlıq” meydanında etiraz aksiyası keçirilib.

Etirazın əsas məqsədi ölkədə baş verən sosial-iqtisadi vəziyyət və insan haqlarının pozulmasıdır.

Aksiyada “İrs” Partiyasının lideri Raffi Ovannsyan, “Ayağa qalx” hərəkatının üzvü Andrias Qukasyan, “Yeni Ermənistan” ictimai qurtuluş cəbhəsinin birləşmiş qəragahının rəisi Jirayr Sefilyan da iştirak ediblər.

İştirakçılar yürüşlə Avropa İttifaqının ofisinə gedərək insan haqlarının pozulması ilə bağlı məktub təqdim etmək niyyətindədirlər.

“Yeni Ermənistan”ın əsas məqsədi hakimiyyətin dəyişdirilməsidir.

AzVision.az


Teqlər:  





Xəbər lenti