PKK Əsədin 60 əsgərini əsir götürüb

PKK Əsədin 60 əsgərini əsir götürüb
  19 Mart 2016    Oxunub:2430
PKK terror təşkilatının Suriyadakı qolu “YPG” silahlıları ilə Bəşər Əsədin əsgərləri arasında silahlı atışma yaşanıb.
İnsident ölkənin şimalındakı Kamışlı rayonunda Bəşər Əsəd rejiminə bağlı 60 əsgərin girov götürülməsindən sonra başlayıb.

Bu haqda Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı məlumat yayıb.

Məlumata görə, “YPG” Bəşşar Əsəd rejiminə aid hərbçilərin olduğu binanı top atəşinə də tutub.

Terrorçular Kamışlının böyük bir hissəsinə nəzarət etsə də, rayonun qalan ərazisində rejimin silahlıları yerləşib. Bundan başqa, rayondakı hava limanı da Bəşər Əsədə aid qüvvələrin nəzarəti altındadır.

AzVision.az


Teqlər:





Xəbər lenti