Poroşenko Putini Stalinlə müqayisə etdi

Poroşenko Putini Stalinlə müqayisə etdi
  19 Mart 2016    Oxunub:2393
Ukrayna prezidenti Pyotr Poroşenko Rusiyanın Krımla bağlı mövqeyini Stalinin siyasəti ilə müqayisə edib.
Poroşenko bu barədə Facebook səhifəsində status yazıb. Prezident bildirib ki, Rusiya Krımı işğal edəndən sonra yarımadada siyasi həbs və təzyiqlər artıb:

"Krım tatarlarının haqları kobud şəkildə pozulur. Krımda işğalçıların davranışları daha çox Stalin dönəmini xatırladır”.

Ukrayna və beynəlxalq ictimaiyyətin Rusiyaya qarşı təzyiqlərini xatırladan Poroşenko Krımın işğaldan azad edilməsi üçün Cenevrə sazişinin şərtləriə əməl edilməsini vacib sayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti