Rusiyada dəhşətli təyyarə qəzası: 61 ölü (VİDEO)

Rusiyada dəhşətli təyyarə qəzası: 61 ölü (VİDEO)
  19 Mart 2016    Oxunub:42475
Rusiyanın Rostov şəhərində sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 61 nəfər ölüb.

AzVision.az TASS agentliyinə istinadən xəbər verir ki, “flydubai” aviaşirkətinə məxsus “Boeing-738” təyyarəsi aeroporta eniş edərkən qəzaya uğrayıb.

Ölənlərdən 6-ı ekipaj üzvüdür.

Yayılan ilkin məlumatalara əsasən, təyyarə uçuş-eniş zolağına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarə yerə çırpılıb və partlayış baş verib. Təyyarənin göyərtəsindəki sərnişinlərin hamısı Rusiya vətəndaşları, ekipaj üzvləri isə xaricilər olub.

Qəzadan sonra hadisə yerində güclü yanğın başlayıb. Ölənlər arasında uşaqların da olduğu qeyd edilir. Təyyarənin Dubay - Rostov marşrutu üzrə uçduğu bildirilir.

İlkin ehtimala görə, qəzaya pis hava şəraiti səbəb olub.

AzVision.az təyyarənin yerə çırpılmasını əks etdirən görüntüləri təqdim edir:



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti